“Street art” dünyasının ən nüfuzlu platformalarından biri olan “Street Art Cities” 2025-ci ilin ən yaxşı divar rəsmləri qaliblərini açıqlayıb. Dünyanın müxtəlif ölkələrindən minlərlə “street art əsərinin”yarışdığı səsvermədə 2025-ci ilin ən yaxşı divar rəsmləri seçilib.
Bu il “Ən yaxşı divar rəsmləri 2025” siyahısında Yunanıstan, Serbiya və İspaniya ön sıralarda qərarlaşıb. Divar rəsmləri qalibləri həm estetik baxımdan, həm də simvolik məzmununa görə seçilib.
2025-ci ilin ən yaxşı divar rəsmi – Mariya Kallasın Portreti (Kalamata, Yunanıstan)

2025-ci ilin ən yaxşı muralı Yunanıstanın Kalamata şəhərində yerləşən möhtəşəm Mariya Kallasın portreti olub. Bu divar rəsminin müəllifi Kleomenis Kostopulosdur. Kostopulosun yaratdığı divar rəsmi müəllifinə bu mükafata sahib olan ilk yunan street art sənətçisi adını qazandırıb.
Əsərin simvolikası
Əsər sadəcə bir portret deyil, həm də Kalamata şəhərinin kimliyini əks etdirən alleqorik bir işdir. Kallasın libası bölgənin münbit torpaqlarını və bolluğunu, kompozisiyadakı ağac budaqları və quşlar isə insanla təbiət arasındakı qırılmaz bağı simvolizə edir.
İkinci yer – “Deep Reflection”divar rəsmi (Belqrad, Serbiya )

Bu street art nümunəsi 2025-ci ilin divar rəsmləri qalibləri arasında ən yüksək səs toplayan ikinci əsər olub. Gümüş medalın sahibi Serbiyanın paytaxtı Belqradda yerləşən “Deep Reflection” (Dərin Refleksiya) divar rəsmidir. Əsər rəssam Andrija Josifovski (Pijanista) tərəfindən “Runaway 25” street art festivalı çərçivəsində çəkilib. “Ən yaxşı divar rəsmi 2025” siyahısında ikinci olan bu divar rəsmi xüsusilə konseptual yanaşması ilə diqqət çəkir.
Əsərin simvolikası
İnsan silueti və abstrakt elementlərin sintezi vasitəsilə daxili aləmin mürəkkəbliyi və həyatın qatları vizual şəkildə təsvir edilib.
Üçüncü yer – “Niños Perdidos I” divar rəsmi (Fuenlabrada, İspaniya)
İlk üçlüyü İspaniyalı rəssam Murfin (Manuel Delgado) tamamlayır. Madriddə yerləşən Fuenlabrada şəhərində çəkilən “Niños Perdidos I” (“İtmiş Uşaqlar I”) əsəri həm də İspaniyanın siyahıdakı ən yüksək reytinqli işi olub.
Əsərin simvolikası
Oyuncaq timsahı qucaqlayan uşaq obrazı vasitəsilə uşaqlığın məsumluğu, qorunma ehtiyacı və xəyal dünyasının gücü emosional rənglərlə ifadə olunub.
2025-ci ilin ən yaxşı divar rəsmləri niyə önəmlidir?
Street Art Cities tərəfindən seçilən divar rəsmləri qalibləri göstərir ki, street art artıq sadəcə küçə sənəti deyil , şəhərlərin kimliyini formalaşdıran mədəni fenomenə çevrilib.
“Ən yaxşı divar rəsmləri 2025” siyahısı həm sənətsevərlər, həm də şəhər turizmi üçün istiqamətverici rol oynaya bilər.

Leave a Reply