Tədbir ARTIM layihəsinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunan “MATRIX” qrup sərgisi çərçivəsində həyata keçirilir.
XİTAB layihəsi musiqi, poeziya və vizual sənəti bir araya gətirən multidissiplinar sənət təcrübəsidir. Səs, mətn və vizual elementlərin qarşılıqlı əlaqəsi tamaşaçıya zaman-məkan anlayışının yenidən dərk olunduğu vahid estetik və duyğusal təcrübə yaradır.
XİTAB IV – elektron musiqinin axını ilə Elvin Novruzlu iştirakçıları səs və zaman arasında səyahətə aparır, hər bir ton məkanın enerjisini formalaşdıraraq daxili rezonansa toxunur; Dilarə Kazımovanın ifasında səslənən qəzəllər klassik Azərbaycan poeziyasını müasir duyğularla yenidən canlandırır, hər misra dinləyicinin yaddaşında və hisslərində əks-səda doğurur; Cavid Mehdiyevin canlı rəqəmsal vizual performansı isə ritm və sözlərlə ahəng içində məkanı dərinlik və zaman qatları ilə dolduraraq bütün elementləri vahid bir təcrübədə birləşdirir.
Layihə rəhbəri: Aydan Dəvəli
Rejissor & operator: Orxan Adıgözəlov
Tarix: 19 fevral
Saat: 20:30–21:30
Məkan: XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, II mərtəbə

Leave a Reply